صفحات

۱۳۹۰ تیر ۱۰, جمعه

Nurizadənin London konfransı və Güney Azərbaycan!

اورمو ايشچيلري : 

İran adına fars şovinizminin tanınmış simalarından olan Əlirza Nurizadə 27.06.2011 tarixində, Komləyə bağlı Rojhelat Tv- dəki günlük programında bu konfransdan xəbər verdi. 25- 26.06.2011 tarixində geçirilmiş bu konfrans iştirakçılarını tanıdarkən, bəzi Azərbaycanlıarında adlarını təmtəraqla çəkərək, bu çirkin oyunun mahiyətini nisbi olaraq açdı. Baxmıyaraq ki, bu iştirakçıların bəzilərinin öz istəklərinə görə adlarını çəkmək istəmədiyini dönə dönə dilə gətirdi, milli hərəkatımızın təhrifinə yönəlmiş bu qılıq təzgahların üstünün öretülməsini sağlıyamadı.
Çünki bu ırqçı rasistlər, millətimizi aldatmaq üçün  iç mahiyətlərini gizlətmək istəsələrdə, jenlərində yerləşmiş təfəkkürün dillərinə intiqal etdirdirdiyi söyləmləri onu basdıra bilmir. Çirkin siyasi davranışlarla, bugünkü hakimiyətdən bıxmış xalqımızın, yıxılqan körpüdən geçərkən köçüb seldə boğulmalarını anlamadıqlarına görə aldanmaları təbiidir. Ancaq, aydın, alim, siaysətçi və uzaq görən yurddaşlarımızın bunu anlamaması anlaşılmazdır. Bucürə toplantıların və ona qoşulmağın milli hərəkatımıza vurduğu ziyanları küçümsəməmək gərkdiyi kimi, onun elmi analizi və nəticələrinin də təhlili bir o qədər zəruri olsa gərək. Azərbaycan milli hərəkatını yeşillərə qoşmaq üçün dəridən qabıqdan çıxanlar, milli müqavimətimiz qarşısında təslim olaraq hətta çabalarını inkar etmək durumuna düşməsi unudulmamışdır. O zaman, milli hərəkatımızı İran adlanan ölkənin umumi siayasətində əritmək istəyənlər başarılı olmadıqlarına görə yeni metodlar və konfranslarla bizi aldadacaqlarını düşünürlər. Onun üçün, milli təfəkkürlü siyasi təhlilçilərimizin bu siyasətbazlıqları analiz etməyə, fikir bildirməyə çağırmağı vacib sayıram.
Bu haqda fikirlərimi söyləmədən öncə, dəfələrlə yazıb və dediyim “ bütün siaysi probləmlər və hətta savaşların, nəhayət masa başında müzakirə yolu ilə həll olunmasi danılmaz bir həqiqətdir” ibarətini bir daha tikrar etməkdə fayda görürəm. Ama, bu müzakirələrin hansı zaman və məkan şəraitində, kimlərlə və quvvələrin ağırlığı tarazında geçeirlməsinin də önəmini unutmamaq lazimdir. Fikrmcə, Nurizadənin idarəçiliyində “İran-Ərəb araşdırma mərkəzində” qatı ırqçı şovinistlər, Cəmşid Çaləngi, Riza Pəhləvinin nümayəndəsi Şəhriyar Ahi, Möhsün Sazqara kimilərlə iş birliyindən fayda ummaq ancaq sadəlöhlükdür. Sözümüzü hər yerdə deməliyik məntiqinə söykənərək bu şovinistlərin eşidəcəyinə inanmaq, ondan da bətər sadəlöhlükdür. Bu toplantılarda iştirak edən sədaqətli soydaşlarımız, onların qapalı salonda üzümüzə gülüb dediklərinə aldanmamalıdır. Ondan sonra çıxıb kütləvi informasyon vasitələrində, sizlərin içəridə dedyiz sözlərlə millətimizi aldadaraq saqqalımıza gülməklərində görməli. Mən böyük siayasətçiyəm aldanmaram, siyasət aləmində sədaqətin həddini bilirəm deməklə deyil, əməlin nəticəsi ilə dəyər ölçülər.  Bir daha vurqulamaq istəyirəm ki” iran dövlətçiliyi adı altında yürütülən Arya irqçılığına dayanan düşüncənin, bizi bu rahatlıqla qəbul edəcəyinin mümkün olmadığını bələkdəki bəbəkdə bilir”. Qəbul olunmadığımız
1
qurumlarla müzakirələrin pərdə arxasında qorxunc nəticələrin təzahür edəcəyi də inkar edilməzdir. Onun üçündür ki, bu günkü şəraitdə bu konfranslara bizim çağırılmaığımızın məqsədi ancaq milli hərəkatımızı İranda rejim davasına dəvətiyədən başqa bir şey deyildir və olamaz.  Bu və buna bənzər aldatmacaların qarşısının alınması və milli–siyasi hərəkatımızın başarı xətti olan, milli hərəkatımızın güc mərkəzinə dönüşməsi ilə əməli program “Güney Azərbaycan Milli Birlik Şurasının” məramnamə və nizamnaməsində geniş surətdə təşrih edildiyinə görə burada ona çox dayanmaq istəmirəm. 
Bütün xarici və daxili çətinliklərə, özəlliklə milliyətçi adı ilə milli təfəkkürlü quvvələri çeşitli şantaj, şayiə və hədə qorxu ilə səhnədən çıxarmaq istəyənlərin çabalarına baxmıyaraq milli hərəkatımızın umumi axışı düzgün çizgidə dəvam etməkdədir. Düşmən çox gözəl bilir ki, bu gedişatla milli hərəkatımız tez gec öz həqiqi gücünə qovuşacaq və üçüncü quvvə kimi təzahür edəcəkdir. London konfransı kimi yığıncaqların hədəfi, bir yandan bzizi, İran daxilində rejim davasına sürükləməklə birlikdə o biri yandanda, yuxarıda qeyd etdiyim üçüncü quvvə halinə gəlməyimizi önləməkdir. Önluyəməzlərsə, o günkü gücümüzlə necə oynuyaraq qollarımızdakı zəncirlərin açılmasına imkan verməmək təcrübəsi qazanmaqdır.
Azərbaycan Türk millətinin, milli hərəkətçilərimizin, özəlliklə daxildəki fədakar gəncliyimizin ayıq – sayıq olmasına böyük ölçüdə inanıram. Ama təcrübə göstərmişdir ki, müxtəlif təbliqat vasitərindən istifadə edərək, çeşitli metodlarla həqiqətin üstünü örtüb, yalanı gərçək göstərərək milləti düz yoldan azdıranlarda olub. Yalana doğru donu geydirərək millətləri sömürgəçilərin qoltuğuna sığınmağa sürütləmələr, tarix boyu görünən bir həqiqətdir. Özəlliklə, özlərindən başqasını ağılsız hesab edənlər, milli hərəkətdən mali suistfadə edənlər, birinci olmaq üçün fikirdaşlarına daş atanlar, şəxsi ehtiraslarına milləti fəda edənlər, düşmənin yandırdığı bu cəhənnəmin ən ucuz odunları sayılır. Sayıları az olsa da, düşmən daxilimizdəki belə yaramazları tanıyaraq, zaman ayarlaması ilə onlardan alət kimi suistifadə etmək planları hazırlaya bilər. Siyasi danışıq, bildiriş və münasibətlərdə hanki sözün harda gəlməsi, öncəki sözlə ilgisi, cümlənin quruluşu, məqsədi və yorumu, siaysilər tərəfindən düzgün ölçülə bilməkdədir. Ancaq, ağla gəlmiyən mətodlarla, o cümlədən yazı və bildişlərimizə yön verərək, sözlərimizi təhrif eərək hərəkatımızın az gəlişmiş siaysi bölümünü yolundan azdırmağa çalışıla bilər. Milləti, savadsız, ağılsız sayan ağıllı siaysətçilərimizin gözünün içinə bax baxa “Əsas düşmənimiz islam rejimidir” yazdıraraq fars şovinizminin bir bölümünü, həmdə daha təhlükəlilərini bağlı qaplar arxasında gizlətməyə çalışa bilərlər. Konfranslar geçirib İranda federalizmdən istədikləri formasında danışa və danışdıra bilərlər. Hamımız Əli şiəsiyik diyərək millətimizi aldata bilərlər. Tariximizi təhrif edib, dilimizi inkar edib milli dəyər dağarcığımızı boşalda bilərlər. Özümüzü insan saymıyaraq psykolojik basqı altında qoya bilərlər. Şöhrət pərəstlərimizi aldadıb,
2
mübarizə meydanında bir birimizin canına sala bilərlər. Bunların heç birisi bizi əsas düşüncəmiz olan “ Azərbaycan mərkəzli düşüncə sistəmindən” uzaqlaşdırmamalıdır. Başqa ifadə ilə, kim hara bağlanırsa bağlansın, hara sürürsə sürsün, kim necə plan tökürsə toksün, biz hər şeydən öndə və öncə      “ Azərbaycanın tarixi topraqlarının” nəcati  üçün savaşırıq və savaşmalıyıq. Mən, heç bir ırqçı rasist düşüncəyə inanmadığım kimi fars şovinizminin heç bir sözünə, konfransına, davranışına və yalançı tarixinə də innamıram. Inanıb, güvənib və sovunduğum bir şey var, Azərbaycan Türk millətinin, ciddi olaraq qollarını çırmalayıb “milli müqəddəratını təyin etməsi”. Daxildəki gənclərimizin, şkəncəni, zindanı, hətta ölümü gözə alaraq “haray haray mən Türkəm” şuarı kimi sözləri səslənidirmələri bu inacın qaynağıdır. Kırıxmış düşmənin pantürkist adı qoyaraq onları əzməsi, bir baxıma gücümüzə güc qatır, aq günümüzün xəbərini gətirir. Millətin ədalət divanında üzü qaralıq isə, adı özümüzdən başı özgədən olanlara və şəxsi çıxarları hesabına serçəni boyayıb bülbül yerinə millətə sırıyanlara qalacaqdır.  Onun üçündür ki, fars şovinizmi ilə iş birliyi qaplarının açılamsına, çəkilən bunca zəhmətlərin hədər olunmasına, Azərbaycana ürəyi yanan heç bir soydaşımızın qıyacağına inanmaq istəmirəm.
London konfransındaki danışıqların həqiqətləri bəlli səbəblərə görə açıqlanmayıb, açıqlananalar isə gərçəkləri yamsımamaqdadır. Bununla belə, konfransın gedişatını aydınlatmağa çalışan “Əl,Ərəbiyə” nin təyin edilmiş sınırlar daxilində yaydığı qısa məlumatı sancaqlayıram.

                                     Böyük Rəsuloğlu               30.06.2011


هیچ نظری موجود نیست:

ارسال یک نظر

از اينكه به اين مطلب نظر مي دهيد متشكريم
ياشاسين آزربايجان