صفحات

۱۳۹۰ اردیبهشت ۲۸, چهارشنبه

Himayət

اورمو ايشچيلري
“Azərbaycan Türk Millətinin” milli mübarizəsinin dönüm noqtəsi olan “Xurdad” ayının biri yaxınlaşdıqca, çeşitli çəvrələrdən bugünü anma və demokratik təzahüratlara çağırışlar dəvam etməkdədir.  Güney Azərbaycnda Xurdad qiyamının böyük əhəmiyətindən və milli hərəkatımızın inkişafından xəbər verən bu davranış bizi və bütün millətimizi sevindirməyə bilməz. Şübhə yoxdur ki, bu il dönümündə, daxil və xaricdəki etkinliklər, bir yandan milli gücümüzün göstərcəsi olduğu kimi bir yandan da millətimizə yeni bir güc qaybağı olacaqdır.  Bunda da şübhə yoxdur ki, daxildəki şəraitlə xaricdəki azad mühitin fərqlilikləri, bu təzahürat və dirçəlişin boyutlarına təsir göstərəcəkdir. Bu vəsilə ilə, millətimizin demokratik haqlar tələbi yolunda və millətimizin azadlığı uğrunda aparılacaq bütün fəaliyətlərə və çağrışlara dəstək vermək hər bir Azərbaycanlının milli borcudur. Biz, Xurdad qiyamının beşinci il dönümü münasibəti ilə, şəxs , təşkilat və fikri münasibətindən asılı olmuyaraq  bütün etkinliklərə qoşulur, çağırışlara dəstək verir, ürək çırpıntılarımızı onlarla bölüşürük. Xurdad qiyamının, ancaq “ Azərbaycan Mərkəzli Düşüncə Sistəmində” cərəyan etdiyini sevinclə vurquluyaraq , özəlliklə daxildəki gənclərimizə bir tovsiyədə bulunmaq istəyirik.
Azad ölkələrdə, insanların haqq istəyinin yetginlik və haqlılıq dərəcəsi, umumi demonstrasyonlara qoşulanların sayı ilə ölçülsə də diktatorluqla idarə edilən ölkələrdə bu tərəzi düzgün işləməz. Başqa ibarətlə, Güney Azərbaycnda milli haqlarımızın tələbi ilə bir araya toplaşan 100 nəfər, 100 min nəfərlik ağılıqda bir məna daşır. Onun üçün, o boğuntulu və sıxıntılı durumu nəzərdə alaraq, əlimizdən gəldiyi qədər atdığımız hər bir addım böyük bir zəfər bayrağıdır. Eyni halda, belə ortamlarda, dünya çapında yürütülən təzahürat və toplantıların təcrübəsindən faydalanmaq, bir yandan əmniyətimizi təmin etdiyi kimi, bir yandan da etkinliyimizi artıracaqdır. Bu mənada iki məsələyə diqqət edilməlidir.
İmkan daxilində bir araya toplaşıb, haq səsimizi daha güclü  bağırmaq.
Buna imkan olmadığı halda, hər küçənin başında, xiyaban qovuşağında, hətta dərbəndimizin daxilində, haqqımız hayqırmaq.
Güney Azərbaycan Milli Birlik Şurası
      Təbliqat komitəsi
Traix: May 17, 2011

هیچ نظری موجود نیست:

ارسال یک نظر

از اينكه به اين مطلب نظر مي دهيد متشكريم
ياشاسين آزربايجان