Azərbaycan Milli Hərəkəti’nin İçində Son Günlərdə Yaşanan Məsələlərlə Bağlı Azərbaycan Milli Dirəniş Təşkilatı’nın Bildirişi
2006 Anti-apartayd ayaqlanmasının il dönümündə Sulduz şəhərində ulu şəhidlərimizin məzarın başında yaşanan xoşa gəlməyən məsələlər və onu təqibən bir sıra yazı ve bildiri yazılması digər Azərbaycan Milli Hərəkəti mənsublarını olduğu kimi AMDT olaraq bizi də kədərləndirdi və üzdü.
Əlbəttə ki Azərbaycan Milli Dirəniş Təşkilatı olaraq biz tənqid və görüşləri açıqca dilə gətirməyi milli hərəkətimizin canlılıq və dinamizminin ən önəmli gərəklərindən bilirik yalnız bunun yanısıra həqarət, yıxıcı və pozucu ədəbiyat işlədmə və lompənismi də təid etməmiz mümkün deyildir bu kimi davranışları milli hərəkət içində bir kanser kimi görməktəyik. Şübhəsiz siyasi əxlaqiyata qail olmaq milli hərəkətin içində hərkəsə vacib və gərəklidir.
Çox təəssüflə bəzən uzun illərdən bəri milli hərəkət üçün əmək verən və hərəkətin öndə gələnlərindən olan bəzi əzizlərimiz istəmədən və hosələsizlik nəticəsində milli hərəkət içində bəzi çatışmamazlıqlara yol verirlər ki bu çatışmamazlıqlar da rejimin istixbarat və əmniyət organlarına su-i istifadə üçün imkan və zəmin yaradabilir.
25 May’da şəhidlərimizin məzarı başında yaşananlar bu çatışmamazlıqların bir örnəyini təşkil etmişdir. Təşkilat komitələrimizdən aldığımız ayrıntılı bilgilərə istinadən, Azərbaycan Milli Təşkilatı olaraq bu sonuca varmışı ki yaşanan son məsələlər yetərsiz organizasyon və fəallar arasındaki bəzi irtibat qopuqluqlarınadn dolayı meydana gəlibdir ki sonuc etibari ilə də düşmənlərimizin dəyirmanına su tökübdür.
Azərbaycan Milli Hərəkəti keçmişdə şəxsiyətçilik və dəstəbazlıqlardan doğan bir tqaım sorunlar ilə üzləşib və nə yazıq ki zaman zaman da bədəllər ödəyibdir. AMDT hər türlü şəxsiyətçilik və dəstəbazlığa qarşı olub bu kimi məsələlərin keçən günlərdə də görüldüğü kimi hərəkət içində gərəksiz və yersiz dartışmalara nədən olmasından başqa bir xeyri olmadığını düşünür. Eləcə də milli hərəkət fəalları və öndə gələnlərinə qarşı ğeyri-əxlaqi və pozucu dil və ədəbiyat işlədilməsini də yadırqayıb ciddi olaraq qınayır.
Son günlərdəki mübahisələrlə bağlı biz hər iki tərəfi də sükunət və boş yerə gərginlik yaratmamağa çağırırıq və bildiririk ki milli hərəkətin gərçək və candan yanan fəallarının arasında belənçi boş və lüzumsuz gərginliklərin yaranması Azərbaycan’ımızı sevməyənləri sevindirməkdən başq heç bir yarar sağlamamaqdadır.
AMDT’yə görə bu kimi sorunlar və çatışmamazlıqları aşmanın tək yolu etkin təşəkküllənmə, əski metodlarla və dağınıq siyasi fəaliyətdən uzaq durmaq və şəxsiyətçilikdən çəkinməkdən keçir.
Azərbaycan Milli Dirəniş Təşkilatı
Güney Azərbaycan
هیچ نظری موجود نیست:
ارسال یک نظر
از اينكه به اين مطلب نظر مي دهيد متشكريم
ياشاسين آزربايجان